Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən siyasi böhran fonunda gözlənilməz qərar verib və Sebastyan Lekronunu yenidən Baş nazir təyin edib.
Redaksiya xəbər verir ki, Lekronu bir neçə gün əvvəl hökumət qura bilmədiyi üçün istefa vermişdi. O, Fransa tarixində ən qısa müddət, bir aya yaxın vəzifədə qalan baş nazir olmuşdu. Buna baxmayaraq, Makron yeni hökumətin formalaşdırılması üçün yenidən ona mandat verib.
Ekspertlər hesab edir ki, bu addım Makronun parlamentdəki parçalanmanı aradan qaldırmaq və hökumət sabitliyini qorumaq cəhdi kimi qiymətləndirilir. Yeni kabinetin tərkibinin yaxın günlərdə açıqlanması gözlənilir.
