Macarıstanın baş naziri Orban Avropanın hərbi gücünü tənqid etdi

Macarıstanın baş naziri Orban Avropanın hərbi gücünü tənqid etdi

Sevinc Kərimova · Siyasət ·

Macarıstanın baş naziri Viktor Orban Avropanın hərbi imkanlarını tənqid edərək, Rusiyaya qarşı ritorikanı istehza ilə şərh edib. O, tarixi nümunələrə istinad edərək Avropanın indiki yanaşmasını qeyri-real adlandırıb.

Redaksiya xəbər verir ki, Viktor Orban çıxışında Rusiyanın keçmişdə Napoleon və Adolf Hitlerin hücumlarına məruz qaldığını, lakin bu cəhdlərin heç birinin uğurla nəticələnmədiyini xatırladıb. Onun sözlərinə görə, bu tarixi faktlar fonunda Avropanın indiki bəyanatları ciddi suallar doğurur.

Macarıstanın baş naziri xüsusilə Avropa İttifaqının xarici siyasət xəttini təmsil edən Kaja Kallasın Rusiyanı məğlub edə biləcəyi barədə fikirləri istehza ilə qarşılayıb. Orbanın açıqlaması Avropada təhlükəsizlik və hərbi strategiya mövzusunda müzakirələri yenidən gündəmə gətirib.