Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı etdiyi zarafatdan danışıb.
Redaksiya xəbər verir ki, Lula Trampın ondan futbol üzrə dünya çempionatı və Braziliya millisinin vəziyyəti barədə soruşduğunu bildirib.
Braziliya liderinin sözlərinə görə, o, Trampa “Braziliyalı futbolçuların vizalarını ləğv etməyəcəyinizə ümid edirəm. Çünki biz dünya çempionluğunu qazanmağa gəlmişik” dediyini söyləyib.
Lula bildirib ki, Tramp bu sözlərə gülərək reaksiya verib.
Braziliya Prezidenti əlavə edib ki, Tramp artıq gülməyin yaxşı şey olduğunu öyrənib və bundan sonra daim güləcək.
