Luis Enrike Arda Gülərin PSJ-yə transferini istəyir

Luis Enrike Arda Gülərin PSJ-yə transferini istəyir

Fərid Əlizadə · İdman ·

İspaniyanın nüfuzlu məşqçisi Luis Enrike, hazırda “Real Madrid”də çıxış edən türkiyəli yarımmüdafiəçi Arda Güləri Fransa nəhəngi PSJ-yə transfer etmək niyyətindədir.

Redaksiya xəbər verir ki, İspaniyanın “El Nacional” nəşrinin məlumatına görə, Luis Enrike Ardanın texniki bacarıqlarına və yaradıcı oyun üslubuna heyrandır və onu gələcək komandasının əsas fiqurlarından biri kimi görür.

19 yaşlı futbolçu bu mövsüm “Real Madrid” forması ilə 43 oyunda meydana çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun performansı Avropa futbol ictimaiyyətində geniş maraq doğurub.

Ardanın “Real Madrid”lə uzunmüddətli müqaviləsi olsa da, PSJ-nin rəsmi təklif təqdim edib-etməyəcəyi və bu transferin reallaşıb-reallaşmayacağı yaxın günlərdə dəqiqləşəcək.

Fərid Əlizadə