Liviya Milli Birlik Hökuməti, mərhum dövlət başçısı Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin Livanda illərlə davam edən həbsdən sonra azad edildiyini açıqlayıb. O, 2015-ci ildə Beyrutda saxlanılmışdı.
Redaksiya xəbər verir ki, Livan məhkəməsi Hannibal Qəddafiyə tətbiq edilmiş ölkədən çıxış qadağasını ləğv edib və onun barəsində daha əvvəl müəyyən olunan 11 milyon dollarlıq girov ödənişi də aradan qaldırılıb. Qərar rəsmi şəkildə qüvvəyə minib və Hannibal artıq sərbəst şəkildə ölkədən ayrılmaq hüququna malikdir.
Liviya hökuməti, məsələnin həllinə göstərilən dəstəyə görə Livan Prezidenti Cozef Auna və parlament sədri Nabih Berriyə təşəkkür edib. Qərarın iki ölkə arasında diplomatik əlaqələrin yumşaldılmasına töhfə verəcəyi gözlənilir.
