Livan Prezidenti İran rəsmisinə: “Daxili işlərimizə qarışmayın”

Livan Prezidenti İran rəsmisinə: “Daxili işlərimizə qarışmayın”

Sevinc Kərimova · Siyasət ·

Livan Prezidenti Cozef Aun bu gün ölkəni ziyarət edən İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricanini qəbul edib. Görüş zamanı prezident, Livanın daxili işlərinə hər hansı müdaxiləni rədd etdiyini bildirib və İranın Hizbullahın silahsızlaşdırılması üzrə hökumət planına qarşı son bəyanatlarını “faydasız” adlandırıb.

Redaksiya xəbər verir ki, Aun, Livanda milli təhlükəsizlik və siyasi sabitliyin qorunması üçün xarici müdaxilələrdən uzaq durulmasının vacibliyini vurğulayıb. O, hər bir ölkənin daxili məsələlərinin yalnız həmin ölkənin qurumları tərəfindən həll olunmalı olduğunu qeyd edib.

Laricani isə səfərinin məqsədinin iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi olduğunu bildirərək, bölgədəki gərginliklərin dialoq yolu ilə aradan qaldırılmasının tərəfdarı olduqlarını qeyd edib.

Sevinc Kərimova