Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-la gömrük rüsumlarına dair sərfəsiz razılaşma əldə etməyə məcbur olub.
Redaksiya xəbər verir ki, britaniyalı “The Sunday Times” qəzeti Bruegel analitik mərkəzinin baş elmi əməkdaşı Yakob Kjerkegaard-a istinadla yazır: Leyen bu addımı Avropada ABŞ hərbi kontingentinin azaldılması təhlükəsi səbəbilə atıb. Analitik qeyd edir ki, Vaşinqton Avropadakı təhlükəsizlik təminatını təzyiq aləti kimi istifadə edərək Brüsselə gömrük məsələlərində güzəştə getməyə məcbur edib.
Mənbənin iddiasına görə, Avropa tərəfi ticarət sahəsində daha sərfəli şərtlərdən imtina etməklə ABŞ-ın hərbi mövcudluğunu qorumağa çalışır. Qərarın seçkilər ərəfəsində ABŞ və Avropa İttifaqı münasibətlərində balansı saxlamaq niyyətindən qaynaqlandığı bildirilir.
Sevinc Kərimova
