Lavrov Britaniyanı müharibədə iştirakla bağlı xəbərdar edib

Lavrov Britaniyanı müharibədə iştirakla bağlı xəbərdar edib

Sevinc Kərimova · Siyasət ·

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Britaniyanın Rusiyaya qarşı hücumlarda birbaşa iştirakı Moskva tərəfindən müharibədə iştirak kimi qiymətləndirilə bilər.

Redaksiya xəbər verir ki, Lavrov Rusiyanın belə hallara münasibətdə öz mövqeyini müəyyənləşdirmək hüququnu saxladığını vurğulayıb.

Onun sözlərinə görə, Britaniyanın Rusiyaya qarşı hücumlarda birbaşa iştirak edəcəyi təqdirdə bunun doğuracağı bütün nəticələrə görə məsuliyyət Londonun üzərinə düşəcək.