Kremlin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Ukrayna tərəfindən Rusiyada prezidentin dövlət iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum edildiyini bildirib və bu hadisə Trampı ciddi şəkildə təəccübləndirib.
Redaksiya məlumat verir ki, Kreml Putinin Trampa Rusiyanın ABŞ ilə sülhün əldə olunması istiqamətində əməkdaşlığı davam etdirmək niyyətində olduğunu, lakin Kiyevin addımlarını “dövlət tərəfindən dəstəklənən terrorizm” kimi qiymətləndirərək mövqeyinə yenidən baxacağını açıq şəkildə çatdırdığını bildirib.
Kremlin açıqlamasında vurğulanıb ki, Rusiya tərəfi Tramp və Zelenski arasında əldə olunan bəzi razılaşmaların Ukraynaya öhdəliklərdən yayınmaq imkanı verdiyini düşünür və bu, Moskvanın narahatlığına səbəb olur.
Bildirilib ki, ABŞ prezidenti Donald Tramp Putinə belə bir dron hücumunu təsəvvür belə edə bilmədiyini, ABŞ administrasiyasının Kiyevə “Tomahawk” raketləri vermədiyini və dövlət başçısının iqamətgahına hücumun yolverilməz olduğunu qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cavab tədbirlərinin diplomatik olmayacağını deyib, Sergey Lavrov isə 29 dekabr gecəsi Novqorod vilayətindəki dövlət iqamətgahı üzərində 91 pilotsuz aparatın məhv edildiyini və danışıqlar fonunda baş verən bu hücumun Rusiyanın mövqeyinin yenidən nəzərdən keçirilməsinə səbəb olacağını açıqlayıb.
