Kreml Trampın açıqlamasını gözləyir: Moskva nəyi nəzərdə tutduğunu anlamaq istəyir

Kreml Trampın açıqlamasını gözləyir: Moskva nəyi nəzərdə tutduğunu anlamaq istəyir

Sevinc Kərimova · Siyasət ·

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın bazar ertəsi verəcəyini bildirdiyi “vacib bəyanat”ı gözlədiklərini deyib. O, Moskvanın Trampın nəyi nəzərdə tutduğunu anlamaq istədiyini vurğulayıb.

Redaksiya xəbər verir ki, Peskov qeyd edib ki, ABŞ kimi güc mərkəzində verilən belə açıqlamalar beynəlxalq siyasi atmosfer üçün əhəmiyyət kəsb edir və Rusiya rəhbərliyi bu bəyanatın məzmununu diqqətlə izləyəcək.

Trampın hansı mövzuya toxunacağı hələ də dəqiq məlum deyil.

Sevinc Kərimova