Danimarkanın paytaxtı Kopenhagendə yerləşən hava limanı uçuşlar və enişlər üçün müvəqqəti bağlanıb. Reuters xəbər verir ki, buna səbəb hava məkanında dronların müşahidə olunmasıdır. Təhlükəsizlik məqsədilə bütün əməliyyatlar dayandırılıb.
Redaksiya xəbər verir ki, oxşar hal Norveçin paytaxtı Osloda da qeydə alınıb. Norveç hakimiyyəti səma üzərində naməlum mənşəli bir dronun göründüyünü açıqlayıb.
Bundan əlavə, İsveçin paytaxtı Stokholm üzərində də naməlum dronların müşahidə olunduğu bildirilib. Hazırda hər üç ölkənin aviasiya və təhlükəsizlik qurumları vəziyyəti yaxından izləyir, hadisələrin səbəbləri ilə bağlı araşdırmalar aparılır.
Rəsmilər əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü və vəziyyətin nəzarətdə saxlanıldığını bəyan ediblər.
