Köhnə rəqəmsal fotoların yoxa çıxma səbəbi nədir?

Köhnə rəqəmsal fotoların yoxa çıxma səbəbi nədir?

Fərid Əlizadə · Texnologiya ·

2000-ci illərin əvvəllərində çəkilən fotoların böyük bir hissəsinin bu gün əlçatan olmaması texnologiya tarixinin görünməyən problemlərindən biri kimi qiymətləndirilir. Məlumat verilir ki, həmin dövrdə istifadə olunan rəqəmsal kameralar, erkən mobil telefonlar və arxivləmə üsulları uzunmüddətli qorunma üçün uyğun deyildi.

Redaksiya xəbər verir ki, bir çox fotoşəkillər artıq mövcud olmayan platformalarda saxlanılıb, köhnə sərt disklərdə itib, yaxud texnologiyanın dəyişməsi səbəbilə açıla bilməyən formatlarda qalıb. Sosial şəbəkələrdən əvvəlki dövrdə bulud yaddaşının geniş yayılmaması bu itkiləri daha da sürətləndirib.

Mütəxəssislər xəbərdarlıq edir ki, rəqəmsal məlumatların təhlükəsizliyi üçün mütəmadi ehtiyat nüsxələrinin yaradılması vacibdir. Əks halda bu gün çəkilən fotolar da gələcəkdə eyni taleyi yaşaya və tamamilə itib gedə bilər.