Kiyevdə fövqəladə elektrik kəsintiləri başlayıb

Kiyevdə fövqəladə elektrik kəsintiləri başlayıb

Könül Məmmədova · Media ·

Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində fövqəladə elektrik enerjisi kəsintiləri başlayıb. Elektrik təchizatındakı fasilələr ictimai nəqliyyatın fəaliyyətinə də təsir göstərib. Bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, şəhər və vilayətin müxtəlif ərazilərində yaşayan sakinlər elektrik enerjisinin verilməməsindən kütləvi şəkildə şikayət edirlər.

Məlumata görə, elektrik təchizatının dayanması səbəbindən elektriklə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkətində ciddi fasilələr yaranıb.

Xüsusilə Kiyevin bəzi rayonlarında tramvayların hərəkəti dayandırılıb. Metronun fəaliyyətində də fasilələr olduğu bildirilir.

Elektrik enerjisinin kəsilməsinin dəqiq səbəbi, problemin əhatə etdiyi ərazilərin tam siyahısı və təchizatın nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməyib.