Ukraynanın paytaxtı Kiyevdə prezident Vladimir Zelenskinin antikorrupsiya orqanlarının səlahiyyətlərini məhdudlaşdıran qanunu imzalamasına qarşı genişmiqyaslı etirazlar başlayıb. Paytaxt sakinləri “Zelya – şeytan!” şüarları ilə küçələrə axışaraq qərara sərt reaksiya veriblər.
Redaksiya xəbər verir ki, etirazçılar komendant saatına baxmayaraq şəhər küçələrini tərk etmir. Sosial şəbəkələrdə yayılan görüntülərdə izdihamın artdığı və narazılığın daha da gücləndiyi müşahidə olunur. Aksiyaların əsas tələbi qanunun ləğvi və dövlət başçısının məsuliyyətə cəlb olunmasıdır.
Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak isə bəyan edib ki, bir qrup deputat Zelenskinin imzaladığı qanunun konstitusiyaya zidd olduğunu əsas gətirərək onu Konstitusiya Məhkəməsinə çıxarmağa hazırlaşır. O, bu qanunun hüquqi cəhətdən ciddi problemlər yaratdığını və antikorrupsiya mexanizmlərinin iflic vəziyyətinə düşəcəyini bildirib.
Sevinc Kərimova
