"King" ləqəbli Akif Quluzadə Tailandda növbəti döyüşünə çıxacaq

"King" ləqəbli Akif Quluzadə Tailandda növbəti döyüşünə çıxacaq

Aytac Dəniz · İdman ·

Azərbaycanın kikboksinq və muay-tay döyüşçüsü "King" ləqəbli Akif Quluzadə növbəti döyüşünə çıxacaq.

Ordu İdman Klubunun üzvü "ONE Championship" turniri çərçivəsində sentyabrın 4-də Tailandın paytaxtı Banqkokda rinqə çıxacaq.

Onun rəqibi yerli döyüşçü Ferrari Fairtex olacaq. Qarşılaşma "Lumpinee Stadium"da keçiriləcək.

Qeyd edək ki, Akif Quluzadə indiyədək ONE FC-də 6 döyüş keçirib. Azərbaycanlı idmançı həmin qarşılaşmaların 5-də qələbə qazanıb, birində isə məğlub olub.