Azərbaycan kikboksçusu dopinqə görə 2 il müddətinə cəzalandırılıb

Azərbaycan kikboksçusu dopinqə görə 2 il müddətinə cəzalandırılıb

Aytac Dəniz · İdman ·

Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya edilib.

Milli Antidopinq Agentliyindən bildirilib ki, idmançının nümunəsində qadağan edilmiş maddə – furosemidin mövcudluğu aşkarlanıb.

Baba Abbaszadəyə tətbiq olunan sanksiya 6 iyul 2026-cı il tarixindən qüvvəyə minib və 6 iyul 2028-ci ildə başa çatacaq.