"Kapital Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

"Kapital Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

Aytac Dəniz · İqtisadiyyat ·

Oktyabrın 6-da, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə səhmdarlara dividend ödənilməsi daxildir.

Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.