Kanada hökuməti Fələstin dövlətini rəsmi şəkildə tanımağa hazırlaşır.
Redaksiya xəbər verir ki, qərarın sentyabr ayında keçiriləcək BMT-nin 80-ci Baş Assambleyasında açıqlanması planlaşdırılır. Bu addım İsrailin Qəzzada atəşkəs və humanitar öhdəlikləri yerinə yetirməməsi fonunda atılır.
Kanadanın Baş naziri Mark Karni bildirib: “Kanada, iki dövlətli həll yoluna, yəni İsraillə sülh və təhlükəsizlik şəraitində yanaşı yaşayan müstəqil, yaşana bilən və suveren Fələstin dövlətinə olan sadiqliyini davam etdirir.”
Kanadanın bu qərarı, Fransa, İtaliya və Belçika kimi digər ölkələrin də gündəmində olan tanıma prosesləri ilə üst-üstə düşür. Ekspertlər hesab edir ki, bu, Fələstinin beynəlxalq hüquq çərçivəsində tanınmasına dair çağırışları gücləndirəcək və iki dövlətli həll yolunun dəstəklənməsində yeni mərhələ olacaq.
Sevinc Kərimova
