Kaliforniyada miqrasiya əleyhinə etirazlar iğtişaşa çevrildi, Trampdan sərt mesaj – VİDEO

Kaliforniyada miqrasiya əleyhinə etirazlar iğtişaşa çevrildi, Trampdan sərt mesaj – VİDEO

Sevinc Kərimova · Cəmiyyət ·

Kaliforniyanın bir neçə şəhərində ABŞ Miqrasiya və Gömrük Mühafizəsinin (ICE) siyasətlərinə qarşı keçirilən etiraz aksiyaları son günlər nəzarətdən çıxaraq iğtişaşlara çevrilib. Etirazçılar federal qurumlara məxsus nəqliyyat vasitələrinə daş atıb, ictimai asayişi pozublar. Bəzi hallarda mağazaların qarət edildiyi, polis qüvvələrinə qarşı zorakılıqların baş verdiyi bildirilir.

Redaksiya xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp yaşanan xaosla bağlı “Truth Social” hesabında sərt açıqlama verib. “Əgər Kaliforniyanın qubernatoru Qevin Nyuskam və Los-Ancelesin meri Keren Bass işlərini görə bilmirlərsə – ki, hamı bunun belə olduğunu bilir – o zaman Federal Hökumət müdaxilə edəcək və bu iğtişaşlar və qarət hallarını lazımi şəkildə həll edəcək!” – deyə Tramp vurğulayıb.

Məlumata əsasən, hazırda vəziyyəti nəzarətə almaq üçün federal çevik qüvvələrə xüsusi avadanlıqlar havadan göndərilib. İğtişaşların genişlənməsi fonunda hökumət Kaliforniyada fövqəladə təhlükəsizlik rejimi tətbiq etməyi müzakirə edir.

Sevinc Kərimova