Kaliforniya meri Çinə agentlik etdiyini etiraf edir

Kaliforniya meri Çinə agentlik etdiyini etiraf edir

Sevinc Kərimova · Media ·

ABŞ-ın Kaliforniya ştatında yerləşən Arkadiya şəhərinin meri Eylin Vanq Çin hökumətinin qeyri-qanuni agenti kimi fəaliyyət göstərdiyini etiraf etməyə razılaşıb.

Redaksiya ABŞ Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, 58 yaşlı Vanq ABŞ ərazisində Çin Xalq Respublikasının maraqları naminə qeydiyyatsız fəaliyyət göstərməkdə ittiham olunur. O, bazar ertəsi meri vəzifəsindən istefa verib.

Federal prokurorların məlumatına görə, Vanq 2020-ci ilin sonlarından 2022-ci ilədək ortağı Yaoninq “Mayk” San ilə birlikdə “U.S. News Center” adlı sayt işlədib. Sayt Çin əsilli amerikalılar üçün yerli xəbər platforması kimi təqdim edilsə də, burada Pekinin göstərişi ilə Çin hökumətini müdafiə edən materiallar yayımlanıb.

İstintaq materiallarında qeyd olunur ki, bəzi məqalələr dərc edilməzdən əvvəl Çin rəsmilərinin razılığına göndərilib. Bu səbəbdən iş sadəcə media fəaliyyəti kimi yox, xarici hökumətin ABŞ daxilində gizli təsir əməliyyatı kimi qiymətləndirilib.

Vanqı 10 ilədək federal həbs cəzası gözləyir. Onun keçmiş ortağı Yaoninq “Mayk” San daha əvvəl oxşar ittiham üzrə təqsirini etiraf edib və hazırda həbs cəzası çəkir.