JD Vance Avropanın mövqeyini qeyri-səmimi adlandırdı

JD Vance Avropanın mövqeyini qeyri-səmimi adlandırdı

Sevinc Kərimova · Siyasət ·

ABŞ-in vitse-prezidenti JD Vance Avropa ölkələrinin ABŞ-la münasibətlərdə tutduğu mövqeyə dair sərt açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Avropa rəsmiləri qapalı görüşlərdə son dərəcə konstruktiv və uzlaşmacı davranırlar.

Redaksiya xəbər verir ki, JD Vance bildirib ki, eyni Avropa nümayəndələri ictimai bəyanatlara gəldikdə isə tamamilə fərqli mövqe sərgiləyir, ABŞ-i günahlandırır və amerikalılarla əməkdaşlıq etməyəcəklərini açıq şəkildə ifadə edirlər.

Vitse-prezident bu ziddiyyətli davranışı qeyri-səmimi adlandıraraq vurğulayıb ki, belə yanaşma etimada ciddi zərbə vurur və real tərəfdaşlıq ruhuna uyğun gəlmir. O, “üzr istəyirəm, amma bütün bunlar səmimi deyil” sözləri ilə mövqeyini yekunlaşdırıb.

JD Vance-in açıqlaması ABŞ və Avropa arasında son dövrlər müşahidə olunan siyasi gərginlik fonunda diqqət çəkir və tərəflər arasında açıq dialoqla bağlı sualları bir daha gündəmə gətirir.