Təsbeh ustası bütün Qurani-Kərimi təsbeh üzərinə işləyib

Təsbeh ustası bütün Qurani-Kərimi təsbeh üzərinə işləyib

Fərid Əlizadə · Cəmiyyət ·

İstanbulda bir təsbeh ustası Qurani-Kərimin 604 səhifəsini, eləcə də 36 səhifəlik xətim və duaları xüsusi hazırlanmış təsbehə həkk edib.

Redaksiya xəbər verir ki, bu nadir əsər incəsənət və dini irs ənənələrinin vəhdətini əks etdirir. Usta hər muncuğu əl işçiliyi ilə hazırlayaraq onun üzərinə ayələri incə xətlərlə yazıb.

Məlumata görə, hazırlanması uzun müddət çəkən bu təsbeh həm dini dəyərə, həm də yüksək sənət nümunəsinə çevrilib. Əsərin sərgilənməsi planlaşdırılır.