İsraillilərin yarıdan çoxu Netanyahunun yenidən namizədliyinə qarşı çıxır

İsraillilərin yarıdan çoxu Netanyahunun yenidən namizədliyinə qarşı çıxır

Sevinc Kərimova · Siyasət ·

İsraildə keçirilən son ictimai rəy sorğusu Baş nazir Binyamin Netanyahunun siyasi gələcəyinə dair narazılığın artdığını göstərib. Kanal 12-nin araşdırmasına əsasən, iştirakçıların 52 faizi Netanyahunun növbəti seçkilərdə yenidən namizəd olmamasını istəyir.

Redaksiya Kanal 12-yə istinadla xəbər verir ki, sorğuya qatılanların yalnız 41 faizi onun baş nazir postu uğrunda mübarizəni davam etdirməsini dəstəkləyib, 7 faiz isə bu barədə qərarsız qalıb. Eyni zamanda, Likud Partiyasına kimin rəhbərlik etməli olduğu sualına respondentlərin 48 faizi “heç biri” və ya “əmin deyiləm” cavabını verib. Ən çox dəstəyi 10 faizlə sabiq Mossad rəhbəri Yossi Koxen, ardınca isə 9 faizlə Strateji məsələlər naziri Ron Dermər alıb.

Sorğu müxalifət cəbhəsində də maraqlı mənzərə ortaya qoyub. İştirakçıların 44 faizi keçmiş baş nazir Naftali Bennettin müxalifət blokuna rəhbərlik etməsini istədiyini bildirib. “Gələcək Var” Partiyasının lideri Yair Lapid isə 16 faiz dəstəklə ikinci yerdə qərarlaşıb.