İsrail rəsmisi Suriyanın paytaxtı Şamın kənarında yerləşdirilmiş Türkiyə istehsalı avadanlıqların söküldüyünü bildirib.
Redaksiya xəbər verir ki, Al Hadath kanalına danışan rəsmi bu cihazların İsraili izləmək üçün quraşdırıldığını iddia edib.
İsrailli rəsmisi həmçinin Suriya rəhbərliyini “odla oynamamaq” və “Türkiyənin əmrlərinə tabe olmamaq” barədə xəbərdar edib.
Digər açıqlamada isə “Türkiyə bizə olduğundan daha çox yaxınlaşmağa çalışır” ifadəsi işlədilib.
O, əlavə edib ki, İsrail Suriyaya “səbrini və əməliyyatlarının sərhədlərini sınağa çəkməmək” barədə xəbərdarlıq edib.
Sevinc Kərimova
