İsrail–İran Müharibəsi Şiddətlənir: Netanyahudan "Başlayırıq" açıqlaması, Pezeşkiyandan İslam dünyasına çağırış

İsrail–İran Müharibəsi Şiddətlənir: Netanyahudan "Başlayırıq" açıqlaması, Pezeşkiyandan İslam dünyasına çağırış

Sevinc Kərimova · Hərbi ·

Yaxın Şərqdə gərginlik kritik həddə çatıb. İsrail Baş naziri Benyamin Netanyahu bu gecə İrana qarşı yeni əməliyyatların başladığını elan edib. “Başlayırıq.” – deyən Netanyahu, qısa müddət sonra “Qələbəyə doğru gedirik.” sözləri ilə əməliyyatların miqyasını və qərarlılığını nümayiş etdirib.

Redaksiya xəbər verir ki, Netanyahu həmçinin İran xalqına çağırış edərək, “Təhlükəsizliyiniz üçün Təhəranı tərk edin.” deyə bildirib. Paralel olaraq, İsrail ordusu Tahrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanını intensiv şəkildə bombalamaqdadır.

Münaqişənin maliyyə yükü də açıqlanıb. The Economist yazır ki, İsrailin İranla apardığı müharibədə yalnız yanacaq və sursat xərcləri gündəlik 300 milyon dollara çatır.

Digər tərəfdən, İran prezidenti Məsud Pezeşkiyan bütün İslam ölkələrini birliyə çağırıb. “Artıq bütün İslam dünyası birləşməlidir.” – deyən Pezeşkiyanın bu fikirlərini dünən Möhsün Rezai də dəstəkləmişdi.

Bu hadisələrin fonunda isə kəşfiyyat savaşlarının getdiyini görmək mümkündür. İran mediası xəbər verir ki, Mossadla əməkdaşlıq şübhəsi ilə ölkədə 8 Əfqanıstan vətəndaşı saxlanılıb.

Sevinc Kərimova