İsrailin Somalilandı tanıma qərarı region ölkələrinin sərt reaksiyasına səbəb olub

İsrailin Somalilandı tanıma qərarı region ölkələrinin sərt reaksiyasına səbəb olub

Sevinc Kərimova · Siyasət ·

İsrail Somaliland bölgəsini müstəqil və suveren dövlət kimi rəsmi şəkildə tanıdığını açıqlayıb. Bu qərar regionda və beynəlxalq aləmdə ciddi narahatlıq doğurub, bir sıra ölkələr tərəfindən kəskin tənqid edilib.

Redaksiya məlumat verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin bu addımını qeyri-qanuni və regionda, eləcə də qlobal miqyasda sabitliyin pozulmasına yönəlmiş növbəti addım kimi qiymətləndirib. Nazirlik bəyan edib ki, bu qərar Somalinin daxili işlərinə açıq müdaxilədir və Fələstin dövlətinin tanınmasının qarşısını almağa yönəlmiş genişlənmeci siyasətin tərkib hissəsidir.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də açıqlama yayaraq Somali Federativ Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və birliyinə tam dəstəyini ifadə edib. Nazirlik İsrail hakimiyyət orqanları ilə Somaliland regionu arasında qarşılıqlı tanınma bəyanatını beynəlxalq hüququ pozan, birtərəfli separatçı tədbirləri möhkəmləndirən addım kimi rədd etdiyini bildirib.

Somali hökuməti isə İsrailin qərarını qanunsuz, hüquqi qüvvəsi olmayan və ölkənin suverenliyinə birbaşa hücum kimi dəyərləndirib. Mogadişu Somalilandın Somalinin ayrılmaz və bölünməz hissəsi olduğunu vurğulayıb, eyni zamanda Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyərək xarici hərbi bazalara və vasitəçi münaqişələrə qarşı olduğunu bəyan edib.