İsraildə etirazçılar Netanyahuya qarşı “Qatargate” ittihamlarını səsləndirdi

İsraildə etirazçılar Netanyahuya qarşı “Qatargate” ittihamlarını səsləndirdi

Sona Osmanova · Siyasət ·

İsraildə anti-hökumət nümayişləri zamanı etirazçılar baş nazir Benyamin Netanyahuya qarşı aksiyalar keçiriblər. Aksiya iştirakçıları ənənəvi ərəb üslublu geyimlərdə olub, əllərində Qətər bayraqları daşıyaraq diqqət çəkiblər.

Redaksiya xəbər verir ki, etirazçılar yürüş zamanı hakim Likud Partiyasının loqosu olan bayraqlardan da istifadə ediblər. Bu simvolik addım hökumətə və partiya rəhbərliyinə yönəlmiş ittihamların vizual ifadəsi kimi qiymətləndirilib.

Nümayişçilər “Qatargate” adlandırılan iddiaları ön plana çıxararaq, Netanyahu və Likud Partiyasının Qətərdən maliyyə dəstəyi aldığına dair ittihamlar səsləndiriblər. Etirazların əsas məqsədinin bu iddialara ictimai diqqət çəkmək olduğu bildirilib.

Aksiyalar ölkədə mövcud siyasi gərginliyin və hökumətə qarşı narazılığın davam etdiyini göstərən növbəti hadisə kimi dəyərləndirilib.