İsraildə əsgərlərə qarşı avtomobillə hücum zamanı 9 nəfər yaralanıb

İsraildə əsgərlərə qarşı avtomobillə hücum zamanı 9 nəfər yaralanıb

Sevinc Kərimova · Kriminal ·

İsrailin Kfar Yona şəhərində baş verən insidentin terror aktı olduğu bildirilir.

Redaksiya xəbər verir ki, yerli mətbuatın – xüsusilə “Israel Hayom”un məlumatına görə, bir sürücü şəhərin mərkəzində yerləşən avtobus dayanacağında gözləyən əsgərlərin üzərinə avtomobillə sürüb. Hadisə nəticəsində azı 9 nəfər yaralanıb.

İsrail təhlükəsizlik qüvvələri hadisənin planlı və qəsdən törədilmiş bir terror hücumu olduğunu açıqlayıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis qüvvələri cəlb olunub. Hücum edən şəxsin kimliyi və motivi barədə araşdırma aparılır. İsrail rəsmiləri ictimaiyyətə sakitlik çağırışı edib və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Sevinc Kərimova