İsrail və Suriya rəsmiləri uzun fasilədən sonra ilk dəfə birbaşa diplomatik təmas qururlar.
Redaksiya xəbər verir ki, Fransa mətbuatı, o cümlədən AFP-nin yaydığı məlumata əsasən, İsrail və Suriya xarici işlər nazirləri cümə axşamı — bu həftənin 31 iyul tarixində Bakıda görüş keçirəcək.
Görüşdə regional təhlükəsizlik məsələləri və Suriya ərazisində son dövrlər baş verən hadisələrin müzakirə ediləcəyi gözlənilir. Bu, iki ölkə arasında on illərdir davam edən siyasi gərginliyə baxmayaraq, danışıqlar üçün atılan nadir diplomatik addımlardan biri hesab olunur.
Hazırda tərəflərdən rəsmi açıqlama verilməsə də, görüşün təşəbbüskarlarından birinin Azərbaycan olduğu diqqət çəkəndir. Diplomatik mənbələr, Bakı görüşünün Yaxın Şərqdə sabitliyin təmin olunması üçün yeni mərhələ ola biləcəyini istisna etmirlər.
Sevinc Kərimova
