İsrailin təhlükəsizlik qurumları ölkənin siyasi rəhbərliyinə İran daxilində baş verən proseslərə birbaşa müdaxilə etməməyi tövsiyə ediblər.
Redaksiya Channel 13-ə istinadla xəbər verir ki, təhlükəsizlik qurumları istənilən xarici müdaxilənin İranda davam edən etirazların gedişatını poza biləcəyini düşünür.
Məlumata görə, qurumlar hesab edirlər ki, İsrailin proseslərə qarışması etirazların daxili dinamikasına zərər verə və mövcud vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bu mövqenin əsas məqsədi bölgədə gərginliyin artmasının qarşısını almaq və hadisələrin daxili siyasi müstəvidə inkişafına imkan yaratmaqdır.
