İsrail Suriyaya ultimatum verdi: “Rejiminiz süqut edəcək”

İsrail Suriyaya ultimatum verdi: “Rejiminiz süqut edəcək”

Sevinc Kərimova · Hərbi ·

Suriyada baş verən son hadisələr fonunda İsrail, Dürzilərə qarşı zorakılıqların dərhal dayandırılması üçün Suriya rejiminə sərt xəbərdarlıq edib.

Redaksiya xəbər verir ki, İsrailin göndərdiyi mesajda Prezident Bəşşar Əsədin rejiminə xəbərdarlıq edilib: əgər Dürzilərə qarşı qətliam dayandırılmasa və Suveyda bölgəsindən geri çəkilmə baş verməsə, rejim bir neçə saata süqut edəcək. Mesajın Suriya rəhbərliyində yüksək mövqe tutan Əhməd Şaraa vasitəsilə çatdırıldığı bildirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu məsələ ilə bağlı açıqlamasında qeyd edib: “Ümid edirəm ki, Suriyada daha genişmiqyaslı əməliyyatlara ehtiyac qalmayacaq. Bu, tamamilə Şamın atacağı addımlardan asılıdır”.

İsrailin Diaspora naziri Amixay Çikli isə sərt açıqlama verərək deyib: “Əhməd Şaraa dərhal zərərsizləşdirilməlidir”.

Eyni zamanda, Suriya ordusu YPG/SDQ terrorçularının mövqelərinə də zərbələr endirib. Cənub bölgələrinə əlavə hərbi qüvvələr yerləşdirilib.

İsrailin “Kanal 12” televiziyasına danışan amerikalı rəsmi bildirib ki, Vaşinqton İsraildən Suriyanın cənubundakı ordu hissələrinə qarşı hücumları dayandırmasını tələb edib.

Qeyd edək ki, Suriya ordusu Suveyda bölgəsində yerləşən və İsrailin dəstəklədiyi Dürzi silahlı qruplara qarşı yeni hərbi əməliyyata başlayıb. Əməliyyatda xüsusi təyinatlı hərbi bölmələrin də iştirak etdiyi vurğulanır.

Sevinc Kərimova