İsrail mediası ABŞ Prezidenti Donald Trampın Qəzza sülh planı ilə bağlı siyasətini kəskin tənqid edib. “Tramp, Nobel Sülh Mükafatı üçün İsraili satdı” başlıqlı məqalələrdə onun Həmasla razılaşmaya yönəlməsinin Tel-Əvivdə narahatlıq yaratdığı bildirilir.
Redaksiya xəbər verir ki, yüksək səviyyəli israilli rəsmilərin açıqlamasına görə, Baş nazir Benyamin Netanyahu Trampın reaksiyasına təəccüblənib. O, Həmasın cavabını planın rəddi kimi qiymətləndirir və bu məsələyə veriləcək cavabın ABŞ-la koordinasiyalı şəkildə hazırlanmasını istəyir.
İsrail Baş Nazirliyinin Ofisi isə bəyan edib ki, Həmasın cavabının ardından İsrail, Trampın əsirlərin azad olunmasını nəzərdə tutan razılaşmasının birinci mərhələsini həyata keçirməyə hazırlaşır.
