Həmas bəyan edib ki, İsrail kabinetinin Qəzzanı işğal etmək və sakinlərini təxliyə etmək planını təsdiqləməsi yeni bir müharibə cinayətidir. Təşkilat, bu addımın bölgədə gərginliyi daha da artıracağını vurğulayıb.
Redaksiya xəbər verir ki, Almaniya kansleri Fridrix Merz, bundan sonra İsrailə Qəzzada istifadə oluna biləcək silahların verilməyəcəyini açıqlayıb. O, “Müharibə sona çatmalıdır” deyərək bölgədə atəşkəsin vacibliyini qeyd edib.
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk İsraili Qəzzanın tam işğalı planından imtina etməyə çağırıb. Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, Qəzza Fələstin xalqına məxsusdur və Fələstin torpaqlarının ayrılmaz bir hissəsidir.
Sevinc Kərimova
