İsrail Baş Naziri Benyamin Netanyahunun hökuməti koalisiyanın əsas tərəfdaşı olan Haredi partiyasının istefası ilə ciddi sarsıntı yaşayıb.
Redaksiya İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail tikinti naziri İtzxak Goldknopf, Knesset-in buraxılmasıyla bağlı təklifin rədd edilməsindən sonra istefa verib və partiyası hökumətdən ayrılıb. Bu hadisə Netanyahunun parlamentdəki dəstəyini 120 yerdən 64 yerə endirib və koalisiya gələcəyini sual altına alıb.
Bu qərar Haredilərin hərbi xidmətə məcbur edilməməsi ilə bağlı uzunmüddətli mübahisəni yenidən gündəmə gətirib. Qarşıdakı günlərdə hökumətdəki tarazlıq pozularsa, yeni seçkilər və ya koalisiya razılaşmaları gündəmə yerləşə bilər.
Sevinc Kərimova
