İsrailin Baş naziri Benyamin Netanyahu CBS-in “60 Minutes” proqramına müsahibəsində İranla bağlı diqqətçəkən açıqlama verib.
Redaksiya CBS-ə istinadla xəbər verir ki, Netanyahu İranda onun və ABŞ Prezidenti Donald Trampın adına küçələr verildiyini iddia edib.
Netanyahunun sözlərinə görə, Tramp İranla mübarizəyə liderlik etdiyi üçün onun adı da İranda hallanır.
İsrail Baş naziri bildirib ki, fars dilini bilməsə də, İranda ona “Bibi[1] can” deyildiyini eşidib.
Netanyahu bu ifadəni “sevimli Bibi” kimi izah edib və bunun İran daxilində İsrailə münasibətlə bağlı fərqli əhval-ruhiyyənin göstəricisi olduğunu bildirib.
