İsrail ABŞ-da influenserlərə gizli ödənişlər edir

İsrail ABŞ-da influenserlərə gizli ödənişlər edir

Sevinc Kərimova · Siyasət ·

İsrailin Qəzzadakı müharibə ilə bağlı artan etirazları zəiflətmək üçün ABŞ influenserlərinə gizli ödənişlər etdiyi üzə çıxıb.

Redaksiya WikiLeaks-ə istinadla xəbər verir ki, rəsmi Tel-Əvivin hazırladığı nəhəng təbliğat kampaniyası çərçivəsində amerikalı sosial media influenserlərinə hər paylaşım üçün 7 min dollara qədər ödəniş edilir. Ümumi büdcəsi 150 milyon dollar olan layihə həmçinin Trampın sabiq rəqəmsal strategı Brad Paskarilə aylıq 1,5 milyon dollarlıq müqaviləni də əhatə edir. Onun süni intellekt vasitəsilə minlərlə İsrail yönlü mesaj yaratdığı iddia olunur.

Baş nazir Benyamin Netanyahu mətbuat qarşısında bu kampaniyanı dolayı şəkildə təsdiqləyərək deyib: “Əgər TikTok və X-i ələ alsaq, çox şey qazanarıq... Mübarizə aparmaq üçün mübarizə aparmalıyıq.”

Bu açıqlama və ifşalar, İsrailin informasiya müharibəsinə milyardlarla dollar xərclədiyini və ictimai rəyin yönləndirilməsini strateji prioritetə çevirdiyini göstərir.