Israel Hayom: Netanyahunun Misirdəki sammitə qatılmasına Ərdoğan mane olub

Israel Hayom: Netanyahunun Misirdəki sammitə qatılmasına Ərdoğan mane olub

Sevinc Kərimova · Siyasət ·

İsrail mərkəzli Israel Hayom nəşrinin məlumatına görə, İsrail Baş naziri Benyamin Netanyahunun Misirdə keçiriləcək Şarm əl-Şeyx Sülh Sammitinə qatılmasının qarşısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alıb.

Redaksiya xəbər verir ki, mənbənin iddiasına əsasən, Prezident Ərdoğan Netanyahunun sammitdə iştirak edəcəyi halda Ankaraya qayıdacağını bildirib. Bu xəbərdarlıqdan sonra İsrail tərəfi Netanyahunun sammitə qatılmaq planını ləğv edib.

CNN Türk müxbiri Hande Fırat da bildirib ki, Hakan Fidan Marko Rubioya zəng edərək, Netanyahunun gəlməsi xəbərinə eyni mövzuda etiraz edib.

Qeyd olunur ki, Trampın təşəbbüsü ilə keçirilən sammit Qəzzada əldə olunan atəşkəs razılaşmasının icrası və bölgədə yeni diplomatik mərhələnin başlanğıcını müzakirə etmək məqsədi daşıyır.