İspaniya hökuməti Fransanın Fələstin dövlətini tanımaq niyyətini məmnunluqla qarşılayıb.
Redaksiya xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes açıqlama verib. O, Fransanın İspaniya və digər ölkələrlə birlikdə atdığı addımı dəstəklədiyini bildirib.
“Netanyahunun məhv etməyə çalışdığı şeyi birlikdə qorumalıyıq. İki dövlətli həll yeganə çıxış yoludur,” – deyə Sançes vurğulayıb.
İspaniya hökuməti bu mövqeyin bölgədə davamlı sülhə və ədalətli nizama xidmət edəcəyinə inanır.
Sevinc Kərimova
