İraqlı siyasətçidən İranla bağlı çağırış

İraqlı siyasətçidən İranla bağlı çağırış

Nizami Salmanov · Media ·

İraqın sünni siyasətçisi Abdullah əl-Xarbit ölkənin iqtisadi vəziyyəti ilə bağlı xəbərdarlıq edib.

Redaksiya “Əl-Hədəs”ə istinadla xəbər verir ki, əl-Xarbit İraqın “Amerikanın qəzəbindən” qorunmaması halında iqtisadi baxımdan çökə biləcəyini bildirib.

O, ərəb və dost ölkələrin Bağdada dəstək verməsinin vacib olduğunu deyib. Siyasətçinin sözlərinə görə, İraqın regional gərginliklərdən qorunması üçün diplomatik və iqtisadi dəstək mexanizmləri işə salınmalıdır.

Abdullah əl-Xarbit həmçinin Şiə Koordinasiya Çərçivəsini İrana münasibətdə daha sərt mövqe tutmağa çağırıb.

İraqlı siyasətçi bu siyasi blokun “İrana yetər” deməli olduğunu vurğulayıb.