İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvü ABŞ qüvvələri tərəfindən xilas edilib. Bu barədə üç ABŞ rəsmisi "Axios" agentliyinə məlumat verib.
Redaksiya istinadla məlumat verir ki, silah sistemləri üzrə zabit olan həmin ekipaj üzvü cümə günü təyyarədən katapult etdikdən sonra yaralanıb. Buna baxmayaraq, o, gəzə bilmiş və bir gündən artıq müddətdə dağlıq ərazidə əsirlikdən yayına bilmişdir.
İki mənbənin verdiyi məlumata görə, F-15 pilotu və silah sistemləri üzrə zabiti cümə günü katapult etdikdən sonra rabitə sistemləri vasitəsilə əlaqə yaratmağı bacarıblar. Bu, onların vəziyyəti haqqında ilkin məlumat əldə etməyə imkan verib.
