İran dövlət televiziyası ölkədə beynəlxalq internetə tam və məhdudiyyətsiz çıxışın təmin edildiyini açıqlayıb.
Redaksiya xəbər verir ki, məlumatda internet bağlantısının İran Telekommunikasiya Şirkəti üzərindən bərpa olunduğu bildirilib.
Açıqlamaya görə, istifadəçilər artıq beynəlxalq internet resurslarına daha geniş şəkildə qoşula biləcəklər.
Bu addım ölkədə internet məhdudiyyətləri, rabitə nəzarəti və xarici platformalara çıxışla bağlı müzakirələrin davam etdiyi dövrə təsadüf edir.
Hələlik yeni rejimin bütün istifadəçilərə, yoxsa mərhələli şəkildə müəyyən bölgələrə tətbiq olunduğu barədə əlavə detal açıqlanmayıb.
