İran yeni hava müdafiə sistemlərini istifadəyə verəcək

İran yeni hava müdafiə sistemlərini istifadəyə verəcək

Nizami Salmanov · Media ·

İran yeni hava hücumundan müdafiə sistemlərini istifadəyə verəcəyini açıqlayıb.

Redaksiya xəbər verir ki, bunu İranın “Peyğəmbərlər Mərkəzi”nin komandiri general-mayor Əli Abdullahi bildirib.

Onun sözlərinə görə, yeni sistemlər düşmənin hava hücumlarına daha effektiv cavab vermək üçün döyüş növbəsinə çıxarılacaq.

Abdullahi qeyd edib ki, İran son hərbi təcrübələrdən sonra hava məkanının müdafiəsini gücləndirməyə xüsusi diqqət ayırır.

Yeni sistemlərin hansı texniki göstəricilərə malik olduğu və nə zaman tam istifadəyə veriləcəyi barədə əlavə detal açıqlanmayıb.

Açıqlama ABŞ və İsraillə gərginliyin davam etdiyi, regionda dron və raket hücumları riskinin yüksək olaraq qaldığı dövrə təsadüf edir.