İran XİN: Vaşinqton birtərəfli tələblərində israr edir

İran XİN: Vaşinqton birtərəfli tələblərində israr edir

Könül Məmmədova · Media ·

İran ABŞ ilə danışıqlardan heç vaxt imtina etmədiyini və tərəflər arasında vasitəçilər üzərindən mesaj mübadiləsinin davam etdiyini açıqlayıb. Tehran danışıqlarda əsas problemin Vaşinqtonun birtərəfli tələblərində israr etməsi olduğunu bildirib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Bəqayi İranın diplomatik əlaqələri davam etdirdiyini və ABŞ ilə dolayı ünsiyyət kanallarının açıq qaldığını vurğulayıb.

“Biz heç vaxt danışıqlardan imtina etməmişik. Vasitəçilər vasitəsilə ABŞ ilə mesaj mübadiləsini davam etdiririk”, – deyə İran XİN-in sözçüsü bildirib.

Bəqayi danışıqlarda irəliləyiş əldə olunmasına mane olan əsas amilin ABŞ-ın mövqeyi olduğunu iddia edib.

“Problem ondadır ki, Vaşinqton öz birtərəfli tələblərində israr edir”, – deyə o qeyd edib.

İran rəsmisinin açıqlamasına əsasən, Tehran diplomatik təmasları davam etdirməyə hazırdır, lakin ABŞ-ın danışıqlardakı mövqeyini əsas problem kimi qiymətləndirir.