İranın xarici işlər naziri Abbas Əraqçi regionda mümkün müharibənin nəticələri ilə bağlı sərt xəbərdarlıq edib. Onun sözlərinə görə, hərbi qarşıdurmanın baş verməsi bütün tərəflər üçün fəlakət olacaq və prosesin nəzarətdən çıxma riski yüksəkdir.
Redaksiya xəbər verir ki, nazir əvvəlki münaqişə zamanı İranın İran və İsrail arasında qarşıdurmanın genişlənməsinin qarşısını almaq üçün böyük səylər göstərdiyini xatırladıb. O bildirib ki, həmin dövrdə gərginliyin regional müharibəyə çevrilməməsi üçün ciddi diplomatik və siyasi addımlar atılıb.
Abbas Əraqçi bu dəfə vəziyyətin daha təhlükəli ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, əgər münaqişə İran və ABŞ arasında baş verərsə, ABŞ-ın regionda geniş hərbi bazalarının mövcudluğu səbəbindən müharibə qaçılmaz olaraq bir çox bölgəyə yayılacaq.
Nazir əlavə edib ki, belə bir ssenari təkcə region ölkələri üçün deyil, qlobal təhlükəsizlik və sabitlik baxımından da ağır nəticələr doğura bilər və bu səbəbdən münaqişələrin diplomatik yollarla həll olunması həyati əhəmiyyət daşıyır.
