İran, Rusiya, Çin, Venesuela, Nikaraqua və Belarus "BAEA zəmanəti altında olan bütün nüvə obyektlərinə və qurğularına hücumların qadağan edilməsi” ilə bağlı qətnamə layihəsi təqdim edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqai məlumat verib.
Redaksiya xəbər verir ki, sənəddə bütün dövlətlərin “sülh məqsədilə nüvə energetikasını inkişaf etdirmək hüququna” malik olduqları və “istənilən hücumdan müdafiə üçün effektiv zəmanətlərə sahib olmaları” vurğulanır. Həmçinin dövlətlərin digər ölkələrin nüvə obyektlərinə qarşı hücum və ya hücumla hədədən çəkinmələri öhdəliyi təsdiqlənib.
Xatırladaq ki, bundan əvvəl ABŞ və İsrailin İranın nüvə proqramını “12 günlük müharibə” zamanı sıradan çıxardıqları barədə Vaşinqtonda açıqlamalar verilmişdi.
