İran üzrə müharibə səlahiyyəti qətnaməsi yenə keçmədi. Səsvermə bərabərə bitdi

İran üzrə müharibə səlahiyyəti qətnaməsi yenə keçmədi. Səsvermə bərabərə bitdi

Nizami Salmanov · Media ·

ABŞ Nümayəndələr Palatasında İranla bağlı hərbi əməliyyatlar üzrə prezident səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnamə yenidən qəbul olunmayıb.

Redaksiya Reuters-ə istinadla xəbər verir ki, sənəd üzrə səsvermə 212 lehinə, 212 əleyhinə nəticələnib. Qətnamənin qəbul edilməsi üçün sadə səs çoxluğu tələb olunduğundan bərabər nəticə sənədin keçməməsi ilə nəticələnib.

Qətnamə Prezident Donald Trampın Konqresin ayrıca icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsini məhdudlaşdırmağı hədəfləyirdi. Demokratlar bildirirlər ki, ABŞ Konstitusiyasına görə müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur.

Respublikaçıların əksəriyyəti isə Tramp administrasiyasının addımlarını prezidentin baş komandan kimi səlahiyyətləri çərçivəsində müdafiə edir. Ağ Ev İranla bağlı əməliyyatların ABŞ və müttəfiqlərinin təhlükəsizliyi üçün zəruri olduğunu bildirir.

Bu, 2026-cı ildə Nümayəndələr Palatasında İran üzrə müharibə səlahiyyətləri ilə bağlı keçirilən üçüncü uğursuz səsvermədir. Buna baxmayaraq, bəzi respublikaçıların qətnaməyə dəstək verməsi Konqres daxilində narahatlığın artdığını göstərir.