İran rialının dəyərsizləşməsi sanksiyalar və daxili böhran fonunda dərinləşir

İran rialının dəyərsizləşməsi sanksiyalar və daxili böhran fonunda dərinləşir

Sona Osmanova · İqtisadiyyat ·

İran milli valyutası rial rəsmi olaraq sıfıra enməsə də, faktiki dəyəri demək olar ki, yox səviyyəsinə yaxınlaşıb. Mövcud məzənnəyə görə 1 IRR = 0.00000100298 ABŞ dolları təşkil edir ki, bu da əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərir.

Redaksiya xəbər verir ki, rial hazırda dünyanın ən zəif valyutalarından biri hesab olunur. Valyutanın kəskin dəyər itirməsinin əsas səbəbləri beynəlxalq sanksiyalar, uzunmüddətli inflyasiya, iqtisadi idarəetmədə yol verilən ciddi səhvlər və ölkə daxilində davam edən ictimai-siyasi gərginlikdir.

Mütəxəssislər bildirirlər ki, mövcud vəziyyət İran iqtisadiyyatında struktur problemlərin dərinləşdiyini göstərir. Rialın sürətlə ucuzlaşması idxalın bahalaşmasına, əhalinin real gəlirlərinin azalmasına və sosial narazılığın artmasına gətirib çıxarır.

Qeyd olunur ki, valyuta bazarındakı qeyri-sabitlik ümumi iqtisadi inamsızlığı daha da gücləndirir və uzunmüddətli perspektivdə maliyyə sisteminə əlavə risklər yaradır.