İran raketləri Mossad Qərargahını vurdu – VİDEO

İran raketləri Mossad Qərargahını vurdu – VİDEO

Sevinc Kərimova · Hərbi ·

İran ordusu qarşıdakı saatlarda İsrailə yönələn raket hücumlarını daha da intensivləşdirəcəyini bəyan edib. Ölkənin səhiyyə nazirliyi isə fövqəladə vəziyyət rejiminə keçib — bütün həkim və tibb işçilərinin məzuniyyətləri ləğv olunub.

Redaksiya xəbər verir ki, Herzliyada Mossad qərargahı olduğu iddia edilən binaya raket zərbəsi endirilib. Həmin anların görüntüləri yayılıb. İddialara görə, zərbələr nəticəsində əraziyə ciddi ziyan dəyib.

İsrail mediasının məlumatına əsasən, Herzliyadakı hücumla bağlı yayımlara qadağa tətbiq ediləcəyi gözlənilir. Rəsmi orqanlar hadisə ilə bağlı ictimaiyyəti məhdud şəkildə məlumatlandırır.

Sevinc Kərimova