İran prezidenti israfçılıq və idarəetmə problemləri ilə bağlı açıqlama verib

İran prezidenti israfçılıq və idarəetmə problemləri ilə bağlı açıqlama verib

Sona Osmanova · Siyasət ·

İran Prezidenti Məsud Pezeşkian dövlət idarəçiliyində israfçılıq hallarını tənqid edərək, yerləşdiyi məkanda lazımsız şəkildə çoxsaylı işıqların yandırıldığını və həddindən artıq istilik səbəbindən pəncərələrin açıq saxlanıldığını nümunə kimi göstərib. O, bunun resursların səmərəsiz istifadəsinin açıq göstəricisi olduğunu bildirib.

Redaksiya xəbər verir ki, Prezident Qurani-Kərimə istinad edərək qeyd edib ki, israfçılıq qəbulolunmazdır və xalqın problemləri həll olunmadığı təqdirdə bunun mənəvi məsuliyyəti də mövcuddur. Onun sözlərinə görə, insanların narazılığına görə məsuliyyəti xarici qüvvələrdə deyil, birbaşa idarəçilərdə axtarmaq lazımdır.

Pezeşkian vurğulayıb ki, mövcud çətinliklər ölkə rəhbərliyi və cəmiyyət üçün bir sınaqdır və bu vəziyyət idarəetmədə oyanış yaratmalıdır. O, düzgün resurs idarəçiliyi, səmərəliliyin artırılması və birgə quruculuq yolu ilə İranın gələcəyinin daha parlaq ola biləcəyinə inamını ifadə edib.