İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Trampa müraciət edərək bölgədəki gərginliklə bağlı kəskin bəyanatlar səsləndirib. Onun çıxışında ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə qarşı sərt ritorika və açıq təhdidlər yer alıb.
Redaksiya məlumat verir ki, Qalibaf ABŞ prezidenti Donald Trampı “xəyalpərəst” adlandıraraq ona deyilən məlumatlara inanmamağı tövsiyə edib. O bildirib ki, İranın müdafiəçiləri bölgədə mövcuddur və ölkənin dini-mənəvi dəyərləri təhlükə altında deyil.
Parlament sədri çıxışında İran xalqının özünü ABŞ-a qarşı rəqib hesab etdiyini vurğulayıb və ölkəsinin hərbi-siyasi imkanlarını qabardıb. Onun sözlərinə görə, İran özünü meydan adamı hesab edir və qarşı tərəfə “unudulmaz dərs” verməyə hazırdır.
Qalibaf həmçinin İranın dini liderlərinə və tarixi simvollarına istinad edərək, ölkə daxilində birliyin və müqavimətin davam etdiyini bildirib. O, regionda baş verən proseslərdə İranın geri çəkilməyəcəyini xüsusi olaraq qeyd edib.
